Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-25 17:30:00
Təlim layihəsi: Tələbələrin kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqları artırılır  

Təhsil İnstitutu tərəfindən həyata keçirilən "Kibertəhlükəsizlik" təlim layihəsinin əyani hissəsi başa çatıb və tələbələr praktik hissəyə keçiblər.

 

İnstitutdan AzEdu.az-a təlimlərin praktik hissəsində tələbələr 618 sayda müxtəlif tapşırıqları yerinə yetiriblər. Bununla yanaşı, tələbələr təlimin sonunda təqdim edəcəkləri layihələrin üzərində qruplar şəklində çalışırlar.

 

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsidir.