Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-25 16:53:00
“Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” mövzusunda seminar təşkil olunub  

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Bakı Mühəndlislik, Naxçıvan, Azərbaycan Texnologiya, Mingəçevir Dövlət, Qərbi Kaspi, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Turizm və Menecment və Lənkəran Dövlət universitetlərində fəaliyyət göstərən akademik heyət üçün “Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” mövzusunda seminar təşkil edib.

 

TKTA-dan AzEdu.az-a bildirilib ki, seminarın keçirilməsində məqsəd yeni redaksiyada təsdiq olunmuş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən akkreditasiya qiymətləndirilməsini həyata keçirəcək komissiyaların fəaliyyətində ekspert kimi iştirak etməyin əhəmiyyəti və tələblərinə dair məlumat vermək olub.

 

Seminar zamanı iştirakçılara TKTA-nın fəaliyyət istiqamətlərinə dair geniş məlumat verilib. Eyni zamanda, Agentlik tərəfindən yaradılan “Ekspert bankı”na seçilmiş nümayəndələr üçün müvafiq təlimlərin təşkil olunması və ekspertlərin sertifikatlaşdırılması məsələsi də diqqətə çatdırılıb.