Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-25 13:31:00
ADNSU-da videokonfrans: Narkomaniya və zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Narkomaniya və zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq” adlı videokonfrans keçirilib.

 

ADNSU-dan AzEdu.az-a verilən məlumata görə. tədbirdə narkomaniyanın həyat üçün təhlükəsindən, zərərlərindən və ona qarşı mübarizə metodlarından bəhs olunub. Bildirilib ki, hazırda Azərbaycanda 32-34 min nəfər qeydiyyatda olan narkotik istifadəçisi var. Ona görə də yeniyetmə və gəncləri zamanında pis vərdişlərdən qorumaq, onların sağlam və bilikli böyüməsini təmin etmək hər birimizin borcudur.

 

Vurğulanıb ki, ADNSU-da tələbələrə elm, bilik öyrədib milli vətənpərvərlik hislərinin aşılanması ilə yanaşı, gənclərin sağlamlığına xüsusi önəm verilir.

 

Videokonfransda ADNSU-nun professor-müəllim heyəti, Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Pərvin Abbasova, ADNSU-nun 2 saylı tələbə poliklinikasının baş həkimi Xuraman Kazımova və gənclər iştirak ediblər.