Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-18 10:36:00
Azərbaycanda itkin düşən tələbə tapıldı  

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin itkin düşən III kurs tələbəsi Hüseynov İlkin Saleh oğlu tapılıb.

 

AzEdu.az xəbər verir ki, o, özü paylaşım edib.

 

İ.Hüseynov paylaşımında artıq evdə olduğunu bildirib.

 

Qeyd edək ki, atasının bildirdiyinə görə, İlkin sonuncu dəfə mayın 11-də saat 15:40-da Bakıdan yaşadığı Şabrana gedərkən nənəsi ilə danışıb, Siyəzən rayon ərazisində yerləşən Xızırzində pirinin yaxınlığında olduğunu bildirib və 20 dəqiqəyə evə çatacağını qeyd edib. Ondan sonra İlkinin telefonuna bir daha zəng çatmayıb.(Report)