Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-18 11:00:00
UNEC-ə əcnəbi tələbələrin qəbulu başlayıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbuluna başlayıb.

 

AzEdu.az xəbər verir ki, müraciət etmək istəyən əcnəbi namizədlərin aşağıdakı link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur: http://kabinet.unec.edu.az/az

 

İkili vətəndaşlığı və daimi yaşayışı icazəsi olmayan əcnəbi vətəndaşlar müraciət edə bilərlər.

 

Müraciət üçün son tarix: 31 avqust  2021-ci il.

 

Müraciət üçün əlaqə: [email protected]

 

Qeyd: Bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərin xarici diplomlarını Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır.