Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-18 10:24:00
AzTU-nun tələbəsi mükafanlandırılıb

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının keçirdiyi “Ulu Öndər müasir Azərbaycanın qurucusudur” adlı məqalə müsabiqəsinə yekun vurulub.

 

AzEdu.az xəbər verir ki, müsabiqəyə YAP Yasamal rayon təşkilatının üzvlərindən 100-ə yaxın məqalə təqdim olunub. Bunlardan 3 ən yaxşı məqalə  seçilərək mükafatlandırılıb. Mükafatlandırılanlar arasında Azərbaycan Texniki Universitetinin (AzTU) IV kurs tələbəsi Amin Mamedov da var. Onun məqaləsi 3-cü yerə layiq görülüb.

 

Qaliblərə fəxri fərman və pul mükafatı təqdim olunub.