Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-10 10:02:00
TKTA ekspertlər üçün təlim keçirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi prosesində iştirak edəcək ekspertlər üçün növbəti onlayn təlimlər keçirilib.

TKTA-dan AzEdu.az-a bildirilib ki, təlimdə Təhsil İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası və beş ali təhsil müəssisəsinin nümayəndələrindən ibarət 16 mütəxəssis iştirak edib. Təhsil müəssisəsinin daxili keyfiyyət təminatı sisteminin və müvafiq struktur bölməsinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi zamanı diqqət olunacaq məqamlara dair müzakirələr aparılıb. Eyni zamanda, təlim iştirakçıları daxili keyfiyyət təminatına dair Avropa standartları və tələbləri ilə tanış olub.

Qeyd edək ki, onlayn təlimlərdə yüksək nəticə göstərmiş namizədlər sertifikatla təltif olunacaq. Yalnız müvafiq sertifikat əldə edən ekspertlər Akkreditasiya Komissiyalarının fəaliyyətində iştirak edə biləcəklər.