Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-08 10:47:00
On yeddi yaşadək şahmatçılar arasında “Təhsil” kuboku turniri start götürüb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə mayın 7-də ikinci beynəlxalq onlayn “Təhsil” kuboku turniri start götürüb.

AzEdu.az xəbər verir ki, 24 ölkədən 17 yaşadək şahmatçılar iştirak edirlər. Turnirdə ümumilikdə 190 idmançı mübarizə aparır.

Yarış “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil edilib. Turnirdə beynəlxalq reytinqi 2300-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak edəcəklər. Doqquz turdan ibarət turnir iki gün davam edəcək.

Yarışın təşkilində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtının səmərəli təşkili və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların təcrübələrinin artırılmasından ibarətdir.