Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-08 10:02:00
Peşə təhsili alan tələbələr üçün “İş yeri axtarma, iş yeri yarat” mövzusunda virtual görüş təşkil olunub

“Cənubi Qafqazda peşə təhsilinə dəstək” layihəsinin komponentlərindən biri olan peşə təhsil müəssisələrində təhsil alan tələbələrin sahibkarlıq düşüncəsinin formalaşdırılması istiqamətində silsilə tədbirlər keçirilir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, tədbirlər çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və agentliyin təşkilatçılığı ilə peşə təhsil müəssisələrinin tələbələrilə “İş yeri axtarma, iş yeri yarat” mövzusunda virtual görüş təşkil olunub. Seminar ASK-nın vitse-prezidenti və sahibkarı Vüqar Zeynalov tərəfindən aparılıb.

Virtual görüşün təşkilində əsas məqsəd seminar iştirakçılarına məşğulluq, iş yeri axtarma və fərdi sahibkarlıq düşüncəsinin formalaşdırılmasına dair bilik və bacarıqlar haqqında geniş məlumat verməkdən ibarət olub.

Görüşə həm Bakı, həm də regionların bir sıra peşə təhsil müəssisələrinin tələbələri qatılıb.