Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-07 14:46:00
 Vakant yerlərlə bağlı nazirə şikayət – Müəllim və namizədlər nədən narazıdır?

 

 

2021-2022-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron sənəd qəbuluna start verilib.

 

 

AzEdu.az-a daxil olan şikayətlərə əsasən müəllimlər qeyd edirlər ki, alman dili fənni üzrə yüksək nəticə göstərən şəxslər  Bakı şəhərində və hətda nisbətən yaxın Sumqayıtda belə vakant yer tapa bilmirlər. 

 

 

Onlar səbəb kimi bütün vakant yerlərin rus bölməsi üzrə olmasını söyləyirlər. Yəni, dəfələrlə aşağı nəticə göstərən rus bölməsinin müəllimi istənilən yeri seçə bilir, lakin ən yüksək nəticə göstərən Azərbaycan dili müəllimi üçün belə bir imkan yoxdur. Maraqlı məqam odur ki, rus bölməsi üzrə alman dilindən dərs keçən müəllimin rus dilini bilməsi əsas şərt hesab edilmir. Halbuki namizədin rus dilini bilib-bilməməsi ilə bağlı müsahibə və ya imtahan etmək mümkündür.

 

 

Ötən il ən yüksək nəticə göstərən alman dili müəllimlərinə Azərbaycan bölməsi üzrə cəmi 9 vakant yer təqdim olunub. Onlardan yalnız biri Bakı şəhərində, qalanları isə ucqar kəndlərdədir. Rus bölməsinə isə çoxsaylı seçim imkanları verilib.

 

Hazırda isə  yerdəyişmə üçün cəmi 1 Azərbaycan dili üzrə vakant yer nəzərdə tutulub.

 

Müəllimlər məsələ ilə bağlı Təhsil naziri Emin Əmrullayevə müraciət edərək, lazimi tədbirlərin görülməsini xahiş edirlər.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları