Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-06 15:38:00
Xarici diplomların tanınması ilə bağlı prosedurlar sadələşdirilir  

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici diplomların tanınması ilə bağlı elektron ərizə sistemini vətəndaşlar üçün istifadə rahatlığı parametri üzrə daim təkmilləşdirir. Ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir.

 

TKTA-dan AzEdu.az-a bildirilib ki, bu silsilə addımlar çərçivəsində vətəndaşların indi tanınma üzrə daha da rahat müraciət edə bilmələri üçün www.taninma.az keçidi istifadəyə verilib. Bu keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər.