Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-06 15:14:00
AzTU-nun tərəfdaş olduğu “Azərbaycanda rektorlar konfrası” layihəsinin təqdimatı keçirilib - FOTO

Azərbaycan Texniki Unversitetinin (AzTU) tərəfdaş olduğu Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycanda rektorlar konfrası” layihəsinin  onlayn təqdimatı keçirilib. 

 

AzEdu.az xəbər verir ki, məqsəd Azərbaycanın universitet rəhbərlərini bir şəbəkədə birləşdirməklə onlar arasında əməkdaşlığın artırılmasına və yeni iş birliklərinin qurulmasına, ölkəmizin ali təhsil sisteminin Boloniya prosesinə inteqrasiya edilməsinin sürətləndirilməsinə töhfə verməkdir.

 

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Avropa Universitetlər Birliyinin, Polşa, Finlandiya, Litva, Portuqaliya və İspaniya rektorlar konfransının nümayəndələri, Azərbaycan universitetlərinin rektorları və rəhbər şəxsləri, Erasmus+ Azərbaycan ofisinin rəhbəri, bir sıra ölkə səfirliklərinin nümayəndələri və digər qonaqlar iştirak edib.