Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-04 14:02:00
Mayın 8-i və 16-sı dərs olacaq? - RƏSMİ    

 

Azərbaycanda tədris müəssisələrində 8 və 16 may tarixlərində iş günü olacaq.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. 

 

Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq.