Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-29 17:27:00
Müddətsiz əmək müqaviləsinin bağlanması ilə bağlı müsahibələrin keçirilmə tarixi açıqlanıb    

Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən onlayn müsahibələrdə uğur qazanmayan namizədlərin apelyasiya müraciətləri üçün qeydiyyat yekunlaşıb. 


Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, namizədlərin apelyasiya müraciətlərinə əsasən, təkrar onlayn müsahibələr keçiriləcək.     

 

Qeyd olunub ki, müsahibələrin mayın 7-8-də təşkili nəzərdə tutulub. Apelyasiya müraciətini təsdiq edən namizədlərin şəxsi səhifələrinə onlayn müsahibənin vaxtı barədə məlumat göndəriləcək.