Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-29 15:15:00
UNEC-də yeni tədris ilindən UDİD proqramı tətbiq olunacaq

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ilindən Universitetdaxili İkili Diplom Proqramının (UDİD) tətbiqinə başlanılacaq.

UNEC-dən AzEdu.az-a bildirilib ki, UDİD-ə qoşulan və proqramı uğurla bitirən bakalavrlar 4 il ərzində iki müxtəlif ixtisas üzrə diplomlara sahib ola biləcəklər. İki ixtisasa yiyələnmək məzunların əmək bazarının tələblərinə daha çevik uyğunlaşması ilə yanaşı, onların rəqabət qabiliyyətini də artıracaq.