Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-28 11:56:00
Məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günlərinin vaxtı açıqlandı-RƏSMİ

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində 1–5 may tarixləri tətil günləridir. Bu məsələ Nazirlər Kabinetinin Qərarında əks olunub.

Bunları Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 

C.Valehov bildirib ki, qeyd edilənlərə əsasən cari tədris ilində də 1–5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur. Həmin günlərdə məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim prosesi (əyani və ya distant) dayandırılır.