Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-27 14:41:00
“Virtual bələdçi” vasitəsilə I sinfə qəbulla bağlı suallarınız cavablandırılacaq  

Təhsil Nazirliyinin rəsmi internet saytının “Sual-cavab” bölməsinə ( https://edu.gov.az/az/faq ) “Virtual bələdçi” xidməti əlavə edilib.

 

AzEdu.az xəbər verir ki, yeni xidmət vasitəsilə 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallarınıza cavab tapa bilərsiniz. 

 

Qeyd edək ki, 27 aprel saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.