Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-27 10:24:00
UNEC alimləri Pakistanın tanınmış professorları ilə bir araya gələcək

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin təşkilatçılığı ilə Pakistanın aparıcı təhsil qurumlarının professorları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə görüş keçirilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, onlayn görüşdə UNEC-in aidiyyatı struktur rəhbərləri öz sahələri üzrə pakistanlı alimlərlə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Birgə konfranslar, elmi məqalələrin çap edilməsi, qrant proqramlarında iştirak, müəllimlərin tədrisə cəlb olunması, ortaq tədqiqatların aparılması və s. kimi mövzular görüşün əsas müzakirə istiqamətləri olub.

 

Qeyd edək ki, görüş Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeenin təşəbbüsü ilə baş tutub. Səfirin UNEC-in rektoru, professor Ədalət Muradovla aprelin 20-də keçirilən görüşü zamanı hər iki dövlət arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Pakistanın tanınmış professorları ilə UNEC alimlərinin bir araya gəlməsi və ortaq elmi fəaliyyətlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.