Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-26 14:02:00
Aprelin 27-də fənn müsabiqəsinin növbəti mərhələsi keçiriləcək

Aprelin 26-da riyaziyyat və informatika fənnləri üzrə VI sinif şagirdləri arasında təşkil olunmuş VI Respublika fənn müsabiqəsinin birinci mərhələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, müsabiqənin I mərhələsində Bakı şəhəri ümumi təhsil müəssisələrindən Azərbaycan bölməsi üzrə  3 753, rus bölməsi üzrə 803 şagird olmaqla, ümumilikdə 4 556 VI sinif şagirdi iştirak edib. Şagirdlər məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandırıblar.

 

Qeyd edək ki, aprelin 27-də isə  fizika, kimya və biologiya fənnləri üzrə VII sinif şagirdləri biliklərini sınayacaqlar.

 

Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə)  əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflər üzrə kontingentin formalaşdırılması da nəzərdə tutulur.

 

Onu da qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.