Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-26 11:36:00
Nazir müşaviri təhsil və əmək bazarında olan müasir trendlərdən YAZDI

“Rusiyada əhalinin cəmi 40%-i öz ixtisası üzrə çalışır”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Nəsibov şəxsi facebook səhifəsində yazıb.

 

 

O, Rusiyada işəgötürənlərin tələblərindən söz açıb:

 

 

“Rusiyada işəgötürənlər işədüzəlmə zamanı ali təhsilin vacibliyini qiymətləndiriblər. Məlum olub ki, yalnız 27,9% işəgötürən namizədin diplomunda göstərilən ixtisasla elan edilən vakansiyanın tələbləri arasında uyğunluğa baxır. 56,8% şirkət rəhbəri namizədin iş təcrübəsinə diqqət yetirir. 15,2% işəgötürən isə namizədin diplomunun olması vacibliyini qeyd edir.

 

RBK tərəfindən Rusiyanın 78 regionunda 1632 işəgötürən arasında təşkil edilən sorğuda iştirak edənlərin 74,5%-i ali təhsil haqda diplomun formal tələblərin siyahısına daxil edildiyini bildirilib. Lakin cəmi 41,8% işəgötürən namizədin ali təhsilə dair diplomu olmadığına görə ona imtina verilib.

 

 

İş adamları həmçinin ali təhsilə malik olmaq tələbi mütləq olan ixtisasları sadalayıblar: həkim, veterinar, müəllim, mühəndis, İT mütəxəssisi. Eyni zamanda, işəgötürənlər əmək bazarında texniki işçi profillərində mütəxəssislərin çatışmazlıqlarından şikayət ediblər ki, bura da əsasən usta, kiçik tibb personalı və ibtidai sinif müəllimi ixtisasları daxil edilib.

 

 

Ümumiyyətlə, Rusiyada əhalinin cəmi 40%-i öz ixtisası üzrə çalışır. İşləyən əhalinin 22%-i ixtisasa yaxın, qarışıq sahələrdə, 38% əhali isə tam fərqli profillərdə çalışır”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları