Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-15 11:24:00
Peşə Təhsili üzrə Dövlət Agentliyi qısamüddətli təlimlərin icrasına başlayıb

“Bu ilin mart ayından etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyi yeni qısamüddətli təlimlərin icrasına başlayıb”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev şəxsi facebook səhifəsində yazıb:

 

“Əsasən informasiya texnologiyaları və maliyyə yönümlü ixtisasları əhatə edən, eyni zamanda əmək bazarının ehtiyaclarına uyğun hazırlanmış praktiki təlimlərə 200-dən çox iştirakçı cəlb edilib. Aprelin sonunadək bu sayın 300-ə çatdırılması planlaşdırılır”.