Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-02 11:48:00
“Sabahın alimləri” müsabiqəsində 12 paytaxt məktəblisi qalib olub  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 12 şagirdi “Sabahın alimləri” X Respublika Müsabiqəsinin qalibi olub.

 

AzEdu.az xəbər verir ki, 260 nömrəli tam orta məktəbin şagirdi İlkin Səmədov I yeri tutaraq qızıl medala layiq görülüb. Bakı şəhəri 299 nömrəli tam orta məktəbin şagirdləri Elvin Nuriyev, İkram Abdullayev və 30 nömrəli tam orta məktəbin şagirdi Nurcan İsimxanova II yeri tutaraq gümüş, 53 nömrəli tam orta məktəbin şagirdləri Əli Məmmədov, Zəhra Xalıqlı, 44 nömrəli tam orta məktəbin şagirdləri Rəvan Muradzadə, Aylin Əliyeva, 238 nömrəli tam orta məktəbin şagirdi Gülarə Həsənova, 60 nömrəli tam orta məktəbin şagirdləri Aqilə Axundova, Firəngiz Əmirova və 276 nömrəli tam orta məktəbin şagirdi Sübhan Seyfullayev isə III yeri tutaraq bürünc medal qazanıblar.

 

Qeyd edək ki, müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 48 layihə üzrə 81 şagird, o cümlədən I yerə 8 layihə üzrə 13 şagird, II yerə 16 layihə üzrə 27 şagird, III yerə 24 layihə üzrə 41 şagird layiq görülüb.  Qaliblər sırasından İSEF- Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək üçün  7 layihə  seçilib. Seçilənlər arasında paytaxt üzrə 260 nömrəli tam orta məktəbin şagirdi İlkin Səmədovun layihəsi də yer alıb.

 

“Sabahın alimləri” X Respublika Müsabiqəsinin iştirakçılarına bu il də ABŞ-ın müxtəlif beynəlxalq fondlar, assosiasiyalar və cəmiyyətlərinin xüsusi mükafatları verilib. Bu mükafatlar seçilmiş istiqamətlər üzrə 11 layihəyə (17 şagirdə) təqdim olunub.

 

Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilib.