Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-01 12:12:00
Təhsil Nazirliyinin rəy sorğusu çox müsbət qarşılandı – Ekspert rəyləri

 

 

Martın 30-da Təhsil Nazirliyi tədrisin təşkili ilə bağlı ictimai rəy sorğusu keçirib.

 

Rəy sorğusunda seçim üçün 4 təklif irəli sürülüb. Bunlar: a) Fəaliyyət mövcud qaydada davam etdirilsin; b)bütün siniflər üzrə tədris distant formada keçirilsin; c) yalnız V-IX siniflər distant formada davam etdirilsin, d) yoluxmanın çox olduğu bölgələrdə tədris distant, digərlərində isə ənənəvi formada davam etdirilsin.

 

AzEdu.az-a danışan təhsil ekspertləri mövcud vəziyyətdə hansı variantın daha effektiv olduğuna aydınlıq gətiriblər.

 

“Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimov məsələ ilə bağlı fikirlərini bildirib:

 

“Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində yaranan problemlərin həllinə müvəffəq olunub. Belə ki, təhsil müəssisələrinin bağlandığı zaman nazirlik tərəfindən 2 telekanalda teledərslərə start verilməsi, “Virtual məktəb” layihəsinin həyata keçirilməsi, bunlarla yanaşı, müəllimlərin öz şagirdlərinə onlayn dərslər keçməsi təhsilin davamlılığında, təhsilalanların tədrisdən kənar düşməsinin qarşısının alınmasında əhəmiyyətli rolu oynadı.

 

 

Vəziyyəti nəzərə alsaq son günlərdə yoluxma sayının artaması, özəlliklə məktəblərdə şagird və müəllimlər arasında COVID-19 -a yoluxma hallarının müşahidə olunması səbəbiylə yenidən ehtiyat tədbirlərin alınması COVİD-19 xəstəliyinin məktəblərdə potensial yayılmasının qarşısını almaq üçün zəruridir. Yaxşı olardı ki, ibtidai siniflər və buraxılış (ıx-xı ) sinifləri üzrə dərslər əyani, digər siniflər üzrə tədris distant formada təşkil olunsun”.

 

 

Təlimçi-müəllim, aztehsil.com saytının rəhbəri  Elşən Qafarov A variantının daha məqsədəuyğun ola biləcəyi qənaətindədi:

 

“A variantı daha məqsədəuyğun hesab edilə bilər. Çünki pandemiya zamanı Təhsil Nazirliyi kifayət qədər adekvant tədbirlər görüb. Bu günlərdə yoluxma olan məktəblər distant təhsilə keçir, iki həfləlik karantin  bitdikdən sonra isə yenidən ənənəvi tədris bərpa edilir. Nazirlik və rəsmi qrumlar tədrisin dayanmaması üçün bütün güclərini səfərbər edir və bu təqdirəlayiq addımdır. Mən tamamiilə ənənəvi tədrisin dayanmasının əleyhinəyəm. Adekvant tədbirlər görülməli və vaxtaşırı olaraq yoluxma müşahidə edilən məktəblər  bağlanmalı və onlayn tədrisə keçilməlidir”.

  

Qeyd edək ki, ictimai rəy sorğusuna uyğun olaraq qərarlar qəbul ediləcək.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları