Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-30 17:41:00
Rövnəq Abdullayev BANM əməkdaşını mükafatlandırdı  

SOCAR-ın Prezidenti Rövnəq Abdullayevin əmrilə Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sıralarında böyük şücaət göstərərək əks hücum əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımızın azad olunamsında iştirak etmiş SOCAR-ın tabeli müəssisə və təşkilatlarının əməkdaşları mükafatlanıdırılıb.

 

AzEdu.az xəbər verir ki, yüksək döyüş hazırlığı göstərərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etməklə adları tarixə yazılan qəhrəmanlar, Nəqliyyat İdarəsinin döyüş əməliyyatları zamanı mülki sürücü kimi iştirak etmiş işçiləri və arxa cəbhədə müxtəlif xarici dilli sosial media platrormalarını istifadə edərək informasiya müharibəsində iştirak edən, Azərbaycan xalqının sarsılmaz birliyini dünyaya nümayiş etdirən bir qrup əməkdaşlar da Fəxri Fərmana layiq görülüblər.  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilənlər və Fəxri Fərman haqqında Əsasnamənin 6-cı bəndinə uyğun olaraq birdəfəlik 500 (beş yüz) manat məbləğində mükafatlandırılıblar.

 

Mükafatlandırılanlar arasında Bakı Ali Neft Məktəbinin Texniki-istismar sahəsi, mühəndis Ağasəlim Qafarov da var. Ağasəlim Qafarov çalışdığı müddətdə öz bilik və bacarığı, texniki savadı və nizam-intizamı ilə fərqlənib. O, hərbi xidməti müddətində də bir neçə rayonun azadedilməsi istiqamətində döyüşlərdə fəal iştirak edib.