Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Crocusoft Academy” ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “Java proqramlaşdırması” təliminə müraciətlər qəbul olunur.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, təlimə seçilmiş iştirakçılar Java proqramçısı üçün iş mühitində lazım olan baza praktiki və nəzəri biliklərə yiyələnəcəklər. Təlimlər ənənəvi formatda (sinif otağı şəraitində) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

 

İştirak üçün əsas meyarlar:

- Bakı şəhərində yaşayan gənclər;

- İnformasiya texnologiyaları üzrə başlanğıc səviyyədə ingilis dili bilikləri;

  • Alqoritmlər və verilənlər strukturları üzrə baza biliklərinə sahib olmaq;
  • Hər hansı proqramlaşdırma dili üzrə baza biliklərinə sahib olmaq.

 

Təlim 6 ay (144 saat) davam edəcək. Seçilmiş namizədlər üçün təlimdə iştirak ödənişsizdir. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək. Təlimdə iştirak üçün müraciətlər aprelin 5-dək qəbul olunur.