Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-29 12:00:00
V qrant müsabiqəsi üzrə layihələr qəbul olunur  

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə layihə sənədlərinin qəbulu davam edir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, sənəd qəbulu www.grants.edu.az saytı üzərindən aprelin 1-dək həyata keçiriləcək.


Fərdi və ümumi təhsil kateqoriyaları üzrə təşkil edilən müsabiqənin əsas iştirak şərtləri:

- “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə iştirak edə bilər;

- “Fərdi” kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər;

- Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər;

- Təhsildə inkişaf və innovasiyalar üzrə əvvəlki qrant müsabiqələri çərçivəsində maliyyələşdirilmiş və aprelin 1-dək icrası başa çatmamış, yaxud yekun hesabatı təqdim edilməmiş layihələrin resipiyentlərinin müsabiqədə iştirakına yol verilmir.


Müsabiqə “İstedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması”, “Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması”, “Təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması”, “Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği” və “Məktəb idarəetməsinin təkmilləşdirilməsi” mövzularını əhatə edir.