Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-25 12:38:00
Rumıniyada təqaüd proqramına qəbul davam edir

Rumıniya Xarici İşlər Nazirliyi 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, ali təhsilin bakalavr, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.

 

Təqaüd proqramına müraciət üçün son tarix aprelin 30-dur. Ətraflı məlumatı nazirliyin saytında yerləşdirilmiş elan vasitəsilə əldə etmək olar.