Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-17 14:31:00
3D rəqəmsal oyun sənəti ixtisası üzrə təlimlərə başlanılıb  

15 iyun-15 avqust 2021-ci il tarixlərində keçiriləcək “WorldSkills Asia Onlayn Bacarıq Yarışları”na hazırlıq çərçivəsində Finlandiyanın “Omnia Education Partnership” şirkəti tərəfindən 3D Rəqəmsal Oyun Sənəti bacarıq istiqaməti üzrə beynəlxalq təlimlərə start verilib.    

 

AzEdu.az xəbər verir ki, 16 mart tarixindən etibarən üç gün müddətində davam edəcək təlimlərdə “STEAM Azerbaijan” layihəsini təmsil edən beş mütəxəssisin iştirakı nəzərdə tutulub.

 

Təlimlər “WorldSkills” standartları əsasında yarışların keçirilmə prosesi, o cümlədən texniki təsvir, infrastruktur və test tapşırığı sənədlərinin hazırlanması, virtual qiymətləndirmənin aparılması kimi mövzuları əhatə edir. Beynəlxalq yarışlarda “WorldSkills Azerbaijan” platformasının üç bacarıq istiqaməti üzrə iştirakı planlaşdırılıb.  

 

Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub. “WorldSkills” hərəkatına qoşulmaq Azərbaycana bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirməyə, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir.