Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-05 13:42:00
İlahiyyat İnstitutuna plan yerləri və keçid balı AÇIQLANDI  

“İlahiyyat institunda  İslamşünaslıq  ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla cəmi 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Anar Məcidzadə deyib. O İlahiyyat İnstitununa bu ilki qəbul barədə danışıb:

“İlk tədris ili üçün ödənişsiz əsaslarla islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla cəmi 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub. Həm islamşünaslıq, həm də dinşünaslıq ixtisasları üzrə minimum keçid balı 200 bal müəyyən edilib. Dinşünaslıq ixtisası üzrə məzun olanların işlə təmin olunması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ölkədəki elmi-pedaqoji müəssisələrin, islamşünaslıq ixtisası üzrə məzun olanların isə Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsi planlaşdırılır”

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılması qərara alınıb. Eyni sərəncamla Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları