Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-17 11:47:00
UNEC-in gənc müəllimi Nərmin İbrahimova: “Təhsilə əlçatanlıq hər kəsin hüququdur!”

“UNEC-in gənc müəllimləri” layihəsinin növbəti iştirakçısı Nərmin İbrahimovadır.

 

“Təhsilə əlçatanlıq hər kəsin hüququdur!”

 

AzEdu.az xəbər verir ki, Nərmin İbrahimova Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində bakalavr təhsili alıb.

 

UNEC Biznes Mərkəbində MBA proqramı üzrə “Beynəlxalq biznes” ixtisası üzrə magistr təhsili alıb.

 

2015-2018-ci illərdə ABŞ-ın nüfuzlu Vaşinqton universitetində “Sosial sahibkarlıq” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. ABŞ universitetində fərdi fandreyzinq (maliyyə vəsaitlərinin cəlb edilməsi) sahəsi üzrə uğurla fəaliyyət göstərib.

 

UNEC-də Layihələrin İdarəolunması şöbəsinə rəhbərik edir. Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) “Sosiologiya” fənnini tədris edir.

 

Azərbaycan, rus və ingilis dillərini bilir.