Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-17 10:12:00
UNEC tələbəsi "Mən Azərbaycanlıyam" bilik yarışmasının qalibi oldu

UNEC-in Biznes və menecment fakültəsinin tələbəsi "Mən Azərbaycanlıyam" Milli Bilik Yarışmasının qalibi olub.

 

AzEdu.az xəbər verir ki, menecment ixtisas üzrə I kurs tələbəsi İlham Əmrahov finalda BDU-nun tələbəsi ilə bilik mübarizəsi apararaq, ona qalib gəlib.

 

İlham Əmrahov eyni zamanda Biznes və menecment fakültəsi THİK-in nəznində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun rəhbəridir.

Tələbəmizi təbrik edir, ona yeno-yeno uğurlar arzulayırıq!

 

Qeyd: “Mən Azərbaycanlıyam” Milli Bilik Yarışması Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Təhsil Nazirliyinin  dəstəyi ilə 2010-cu ildən etibarən Azərbaycan Televiziyasında yayımlanır.

 

Proqramın videoyazısını təqdim edirik: