Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-04 12:00:00
Məktəblərdə “Həyat bilgisi”ni kim keçməlidir?- Bir fənlik xaos  

Orta təhsil müəssisələrində fənn bölgüsü müəllimlərin ixtisasına uyğun olaraq aparılır, ixtisasa uyğun kadr olmadıqda həmin fənn vakant yer kimi ayrılır. 

AzEdu.az xəbər verir ki, bəzi fənlərdən isə ayrıca ixtisas müəllimi yoxdur. Bunlardan biri də “həyat bilgisi”dir. Bəs “Həyat bilgisi”nin dərs saatları kimə verilməlidir? 

“Həyat bilgisi” fənni üzrə ayrıca ixtisas müəllimi olmadığı üçün onun tədrisi bu fənnin kurikulumu üzrə təlim kursunu müvəffəqiyyətlə bitirmiş, dioqnostik qiymətləndirmədə yüksək bal toplayan tarix, coğrafiya, fizika, kimya, biologiya müəllimlərindən birinə həvalə edilməlidir. 

Məktəbdə təlim kursundan keçmiş müəllim olmadığı halda fənn üzrə saatlar məktəbin ali idarəetmə orqanı olan pedoqoji şuranın qərarı ilə peşəkarlıq cəhətdən daha təcrübəli, məlumatlılıq və elmi-nəzəri səviyyəsi ilə fərqlənən, dioqnostik qiymətləndirmədən yüksək bal toplayan qeyd olunmuş ixtisaslar üzrə müəllimlərdən hər hansı birinə verilməlidir. Bu dərs saatlarının müəllimlərin sosial məsələlərinin həlli məqsədi ilə bölünməsi qanunvericiliyə ziddir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları