Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-10 14:35:00
Rüstəm Məmmədov Türk Akademiyasının akademiki seçildi - FOTO  

Bakı Dövlət Universitetinin Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədov Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki seçilib.

 

AzEdu.az xəbər verir ki, Rüstəm Məmmədov eyni zamanda Akademiyanın qızıl medalı ilə də təltif olunub.  O bu ada və mükafata elmi axtarışlarına və yazdığı, nəşr etdirdiyi kitablara görə layiq görülüb.

 

Qeyd edək ki, Türk Akademiyasının Azərbaycan üzrə təmsilçisi olan professor E.İskəndərzadənin verdiyi məlumata görə, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademikləri siyahısında Azərbaycandan Arif Paşayev, Xoşbəxt Yusifzadə, Cəmil Əliyev, Habil Qurbanov, Kamran İmanov, Vaqif Şadlinski, Yaqub Mahmudov və s. kimi tanınmış alimlərin adları vardır.