Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-09 13:43:00
Respublika fənn olimpiadalarının fənlər üzrə qrafiki - CƏDVƏL

 

 

2020-2021-ci tədris ili üçün Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinə start verilib.

 

AzEdu.az olimpiadaların fənlər üzrə qrafikini təqdim edir:

 

Fevralın 10-da riyaziyyat və kimya üzrə respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi təşkil ediləcək;

 

Fevralın 11-də isə fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə olimpiadalar keçiriləcək;

 

Fevralın 12-də tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar baş tutacaq.

 

Qeyd edək ki, olimpiadalar ölkənin bütün şəhər və rayonlarında təşkil edilən 80 müxtəlif mərkəzdə keçiriləcək.

 

Xatırladaq ki, respublika fənn olimpiadalarında iştirak etmək üçün 30000-dən çox şagird qeydiyyatdan keçib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları