Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-08 16:16:00
İctimai səhiyyə sahəsində çalışanlar üçün Çində təqaüd proqramına sənəd qəbulu aparılır  

Çin Xalq Respublikasının Tsinqua Universitetinin ictimai səhiyyə üzrə Vanke Məktəbinin təqaüd proqramına sənəd qəbulu davam edir.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, ictimai səhiyyə sahəsində çalışan şəxslər üçün nəzərdə tutulan təqaüd proqramı 2021-2022-ci tədris ilini əhatə edir. Proqrama yalnız dövlət müəssisələrində çalışan səhiyyə işçiləri və ya tibbi xidmət müəssisələrinin menecerləri müraciət edə bilərlər. Magistratura səviyyəsi üzrə elan edilən təqaüd proqramına martın 31-dək müraciət etmək mümkündür.