Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-03 11:28:14
Bu ərazilərdə məktəblilər üçün yay düşərgələri salınacaq

“Şagirdlərin dərs yükünün azaldılmasından çox optimallaşdırılmasının tərəfdarıyam.   Uşaqların dərs yükü ilə bağlı çox ciddi müzakirə və təhlillər aparırıq. Bu məsələ ciddi qaydalar və fakt çərçivəsində nəzərə alınacaq”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sektor müdiri Cəsarət Valehov sosial şəbəkədə canlı yayım zamanı deyib. O, şagirdlərin yay istirahətinin səmərəli təşkili, dərs yükünün azaldılması məsələlərinə toxunub:

“Uşaqların dərs yükü ilə bağlı çox ciddi müzakirə və təhlillər aparırıq. Bu məsələ ciddi qaydalar və fakt çərçivəsində nəzərə alınacaq. Şagirdlərin dərs yükünün azaldılmasından çox optimallaşdırılmasının tərəfdarıyam. Məktəblilərin daha çox taktik olaraq bacarıqlara əsaslanan vərdişlərə yiyələnməsi ilə bağlı  məsələlər çox müzakirə olunur. Düşünürəm ki, bu məsələlərin öz həllini tapması üçün əlimizdə olan imkanları səfərbər etməliyik”.

O, şagirdlərin istirahətinin səmərəli təşkili üçün yaya düşərgələrinin yaradılması panlaşdırıldığını deyib:

“Düşərgələrin yaradılması məsələsi Təhsil Nazirliyi və digər həmkar qurumlarla bərabər bir neçə yerlərdə müzakirə olunub. Hazırda  şagirdlərimiz kütləvi şəkildə olmasa da, az sayda və ayrı-ayrı yerlərdə yay düşərgələrinə cəlb olunublar. Düşünürəm ki, gələcəkdə düşərgələr haqda xüsusi qaydaların hazırlanması, tədqiq olunması ilə bağlı geniş işlər görülə bilər.

Hazırda bu düşərgələr Bakı, şimal qərb bölgələrində, Zaqatala, Şəki, Quba, Lənkəranda var. Həmkar qurumlarla yay düşərgələrinin yaradılması və həyata keçirilməsi planlaşdırılır”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları