Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-03 11:00:00
Nazirlik rəsmisindən valideynlərə çağırış: ”Pul ödəməyin”

Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin sektor  müdiri Cəsarət Valehov valideynləri orta  ümumtəhsil məktəbərində keçirilən məktəbəqədər hazırlıq dərsləri üçün ödəniş etməməyə çağırıb.

AzEdu.az xəbər verir ki, o, bu haqda canlı yayım zamanı ünvanlanan “orta təhsil müəssisələrində məktəbəqədər dərslər ödənişli olmalıdırmı?   Niyə hər məktəbdə fərqli qiymətlər nəzərdə tutulub?” sualına cavab olaraq bildirib:

“Orta ümumtəhsil məktəblərində məktəbəqədər hazırlıq ödənişli deyil, dövlət vəsaiti hesabınadır.  Dövlət bununla bağlı müəyyən maddi vəsait ayırıb. İstər dərsliklər, istərsə də həmin dərsləri aparan müəllimlərin əməkhaqqılarını dövət qarşılayır. Heç bir məktəb bu dərsləri öz maddi hesabına həyata keçirmir. Belə bir faktla rastlaşsaz, bizə müraciət edə bilərsiz”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları