Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-02 15:42:00
XI sinif şagirlərinin attestatları yaxın günlərdə veriləcək - RƏSMİ  

Buraxılış  imtahanlarını verib nəticələri bəlli olan XI sinif şagirdlərinin attestatları yaxın günlərdə veriləcək.

 AzEdu.az xəbər verir ki, bu barədəTəhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinn müdiri Cəsarət Valehov sosial şəbəkədə canlı yayım zamanı deyib.

Qeyd edək ki, bu il XI sinfi 83 001 nəfər şagird bitirib. Buraxılış imtahanarı paytaxt və müəyyən bölgələrdə keçirilib. Sabah isə Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. 15:00-da başlanacaq  imtahanda 24830 XI sinif şagirdi iştirak edəcək.