Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-03 09:48:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi gənc müəllimlərlə onlayn görüş keçirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2 Fevral – Gənclər Günü münasibətilə ümumi təhsil müəssisələrinin gənc müəllimləri ilə onlayn görüş keçirib.

 

AzEdu.az xəbər verir ki, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və gənc müəllimlər iştirak ediblər.

 

AZƏRTAC xəbər verir ki, BŞTİ-nin müdiri Mehriban Vəliyeva gənc müəllimləri təbrik edərək, Gənclər Gününün tarixindən bəhs edib. Bildirib ki, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub, ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss ediblər.

 

M.Vəliyeva Ümummilli Lider tərəfindən əsası qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını və bu istiqamətdə çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini vurğulayıb.

 

İdarə müdiri son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirildiyindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.

 

Daha sonra görüşdə iştirak edən gənc müəllimlər bundan sonrakı fəaliyyətlərində də təhsilin inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

 

Görüşdə Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.