Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-30 11:35:00
Abituriyentlərin nəzərinə!-Kolleclərə qəbul olunmaq üçün neçə bal tələb olunur?

Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 27-də Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında  yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan  9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

Buraxılış imtahanlarıyla yanaşı, V ixtisas qrupu üzrə qəbul imtahanları da keçirilib. İmtahanda iştirak edən abituriyentlər müvafiq balı topladıqları təqdirdə kolleclərin və ali məktəblərin müsabiqələrində iştirak edə biləcəklər.

AzEdu.az V ixtisas qrupu üzrə müsabiqə şərtlərini diqqətə çatdırır:

9 illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

11 illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 30-dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən (fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur) az olmayan abituriyentlər buraxılırlar.

Buraxılış imtahanından topladığı baldan asılı olmayaraq şagirdlərə attestat verilir və onlar təhsillərini 10-cu sinifdə davam edə bilirlər.

V ixtisas qrupunda üzrə buraxılış imtahanında müvafiq keçid balını toplayan abituriyentlər Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçəcəklər. Qeydiyyatdan keçən abituriyentlər müəyyən edilən cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edəcəklər. Müvafiq ixtisaslar üzrə müsabiqə və qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən ediləcək.  Qabiliyyət imtahanının nəticəsi balla, habelə “məqbul” və ya “qeyriməqbul”la qiymətləndiriləcək.

Qeyd edək ki, V qrupa daxil olan ixtisaslar üzrə müsabiqə şərtləri ərtraflı şəkildə 2 saylı "Abituriyent" jurnalında dərc olunub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları