Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-30 10:27:00
Türkiyədə ali məktəblərə qəbul imtahanları başladı

Türkiyədə ali məktəblərə qəbul imtahanları start götürüb. 

AzEdu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 29 iyunda universitetə qəbul olmaq istəyən 2,4 milyon şagird imtahan verib.

İmtahan saat 10:15-də başlayıb. Şagirdlərə bir neçə saat ərzində türk dili və riyaziyyatdan 40, sosial elmlər və digər fənlərdən 20 olmaqla cəmi 120 sual təqdim edilib.

30 iyunda isə qəbul imtahanlarının ikinci mərhələsinin keçirilməsi nəzərdə tutulub. İmtahan bütün binalarda saat 10:00-da başlayacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları