Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-08 12:56:00
Vakant inzibati vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başa çatır

Dövlət qulluğunun A və B növünə aid vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 2020-ci il dekabrın 10-da elan edilmiş müsabiqənin müsahibə mərhələsinə qeydiyyat sona çatır.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, müsabiqənin müsahibə mərhələsinə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 54 dövlət orqanında 243 vakant vəzifə çıxarılıb.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları DİM-in internet portalında və müvafiq dövlət orqanlarının internet saytlarında yerləşdirilib.
Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər yanvarın 11-i saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidirlər.
Müsahibə proqramları ilə DİM-in portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq mümkündür.