Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-07 14:24:00
Tələbələr universitetlərin imtahan qərarlarından niyə narazıdırlar?-SORĞU

 

 

Artıq  ali  təhsil  müəssisələrində  qış  imtahan  sessiyasına  start  verilib.

 

Dünyanı  cənginə  alan  koronavirus  pandemiyası  səbəbi   ilə  son  iki  semestr  universitetlərdə  imtahan  sessiyaları  onlayn  şəkildə  təşkil  edilir.

 

Onlayn  dərslərin  keyfiyyəti, tələbələrin  məhdud  internet  imkanı  və  44  günlük  müharibə  nəzərə  alınaraq  ali  təhsil  müəssisələri  onlayn  imtahanlarla  bağlı  bir  sıra  yeni  qərarlar  verdi.

 

Bəs  görəsən  tələbələr  universitetlərin  verdiyi  qərarlardan  nə  dərəcədə  razıdır?

 

AzEdu.az  müxtəlif  universitetlərdən  olan  tələbələrin  verilən  qərarlarla  bağlı  düşüncələrini  təqdim  edir:

 

Dövlət  İdarəçilik  Alademiyası  İnzibati  İdarəetmə  fakültəsi, İqtisadiyyat ixtisasının  IV kurs  tələbəsi  Əsmər  Zeynalova:

 

“İmtahanlarımız  test  üsulu  ilə  olacaq, testlərin  ancaq  sualları  tələbələrə əvvəlcədən  hazırlaşmaq  üçün  verilir, variantlar  verilmir. Əksər  tələbələr variantların  verilməsini  istəsə  də, düşünürəm ki, bu  tələbələrin  əzbərçilikdən daha  çox  araşdırıb, oxumağa  sövq  edəcək. Sual  sayının  çox  olmaması  da müsbət  tərəflərdən  biridir. 44  günlük  müharibə, internet  problemi  nəzərə  alınaraq  imtahana  giriş  balı  semestrin  ortasında  ləğv  olundu. Uzun  müddət  dərslər  olmadığına  görə,  noyabrın  2-də  tədris  yenidən  başladıqda  dərs  proqramını  tamamlamaq  üçün  ancaq  mühazirələr  keçildi.  İmtahan  yüz ballıq  sistemlə  olacaq. İmtahanların  çətin  olmadığını  və  online  sistemə  görə güzəştlər  olduğunu  nəzərə  alsaq, ümumi  olaraq  tələbələr  verilən  qərarlar  və  atılan  addımlardan  razıdır”.

 

Azərbaycan  Dövlət  Pedoqoji  Universitetinin  Müsiqi  müəllimliyi  ixtisasının  IV  kurs  tələbəsi  Hüseynli  Firuzə:

 

İmtahanlarla  bağlı  qərarlardan  mən öz  adıma deyə  bilərəm ki,  razıyam. Çünki  ən azından onu bilirəm  ki,  imtahan  suallarımızda  bizə  güzəştlər olunub  və  həmçinin  giriş  balımızın  ləğv  olunması  da  çox  düşüncəli  qərar oldu. Bu  güzəştlər  məncə  hər  bir  universitetdə  olmalı  idi,  çünki  müharibə  ərəfəsində  internetin  kəsilməsi  səbəbilə  biz  dərslərdən  geri  qaldıq. Nəzərə  alsaq  ki, onlayn  formada  təhsilin  keyfiyyətinin  ənənəvidəki  kimi  olmadığını  hər  birimiz  açıq  aşkar  bilirik. İmtahana  qədər  olan  güzəştlər kimi, həmçinin  imtahan  nəticələrində  də  güzəştlər  olsa  daha  çox  sevinərik.

 

Nailə  Mirməmmədlinin  imtahanı  ləğv  edilsin

 

Bildiyimiz  kimi  bizim  universitet  bu  günlərdə  ağır  itki üz verdi. Biz  ən sevimli müəlliməmiz olan  Nailə xanım  Mirməmmədlini  itirdik. Allah rəhmət eləsin. Lakin  Nailə  müəllimənin  bizə  bu  ay  imtahanı  olacaqdı. Biz  tələbələri  olaraq  təklif  edirik  ki, Nailə müəllimənin  imtahanı  ləğv olunsun. Çünki o  bizimçün  əvəz  olunmaz  bir  müəllimə  oldu.”

 

Bakı  Dövlət  Universitetinin  Jurnalistika  fakultəsinin  II  kurs  tələbəsi  Babaşova  Vüsalə:

 

“Universitetimizin  imtahanlarla  bağlı  verdiyi  qərarları  alqışlayıram. Ən  çox  da bir  fənnin  ləğv  edilməsi  qərarı  məni  sevindirdi.Ancaq  qərarın  gec  verilməsi  mən və  qrup  yoldaşlarımda  nisbətən  narahatlıq  yaratdı. Düşünürəm  ki, bu  semestr  verilən  qərarlar  keçən  semestr  hər  kəsə  imtahana  giriş  üçün  50  bal  verilməsi  qərarından  daha  ədalətli  idi. Doğrudur, tələbələr  üçün  çox  yaxşı  bir  qərar  idi, ancaq  məncə  ədalətli  deyildi. Çünki, öz  müşahidələrimə  əsaslanaraq  deyirəm, oxuyan  tələbədə  də  oxumayan  tələbədə  yüksək  nəticə  əldə  edir, əlaçı  yaxud  zərbəçi  olurdu. Ancaq  indi  giriş  ballarından  hiss olunur  ki, yalnız  oxuyan  tələbələr  yüksək  nəticə  əldə  edə  biləcək.Demək  olar  ki, hazırda  proses  ənənəvi  tədrisdə  olduğu  kimidir. Bütün  bunları  nəzərə  alsaq  verilən  qərarlar  məni  qane  edir.”

 

Azərbaycan  Memarlıq  və  İnşaat  Universiteti İnşaat  Texnologiya  fakültəsinin  IV  kurs  tələbəsi  Nəbiyeva  Lalə:

 

“İmtahan  prosesi  məni  o  qədər  də  qane  etmir. Universitetimizdə  imtahanlar  çox  ciddi  nəzarət  altında  keçirilir.Dərslər  onlayn  olduğu  üçün  fənləri  tam  mənimsəyə  bilmirik,  tədris ənənəvidə  olduğu  kimi  aparılmır, keyfiyyət  o  qədər  də  ürəkaçan  deyil. Ancaq  buna  baxmayaraq  imtahanlarımız  çox  ciddi  şəkildə  tələb  edilir  və  bu  bizi  o  qədər  də  qane  etmir. Nəticə  olaraq  imtahan  nəticələrimiz  digər  univeritetlərin  tələbələrinə  nisbətən  daha  aşağı  olur. Məsələn, ADPU-nun  imtahan  prosesi  və  verdiyi  qərarları  tələbə  olaraq  daha  məqsədəuyğun  hesab  edirəm. Doğrudur,  hazırki  dövrdə  pandemiyanı  nəzərə  alsaq  tədris  prosesi  üçün  tək  çarə  onlayn  dərslərdir. Ancaq  onu  da  nəzərə  alaq  ki, ənənəvi  tədrislə  onlayn  tədris  bir  deyil. Bu  səbəblə  imtahanla  zamanı  tələbələrə  daha  çox  güzəşt  edilməlidir.”

 

Onlayn  imtahan  prosesi  və  universitetin  verdiyi  qərarlardan  isə  daha  çox  narazılıq  ADNSU  tələbələri  arasındadır. Tələbələr  güzəştlərin  edilməməsi  və  imtahan suallarının verilməməsindən şikayət  edir.