Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-05 15:18:00
"Elm və təhsil sahəsindəki uğurlarla  bu ilə öz töhfələrimizi verəcəyik"-Emin Əmrullayev

"İntellektual yarışlarda qazandığımız zəfərlərlə elm və təhsil sahəsindəki uğurlarımızla bu il də öz töhfələrimizi verəcəyik".

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev şəxsi facebook hesabında yazıb.

 

Nazir, 2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsinə münasibət bildirib:

 

"Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib.

 

Kamil insanın formalaşmasında elm, təhsil və biliklərə yiyələnməyin əhəmiyyətini dönə-dönə yazan görkəmli şairimizin dillər əzbəri olan məşhur misralarını xatırlatmaq istərdim: “Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz”.

 

Nizami Gəncəvinin əsrlər öncə dediyi bu kəlam zaman ötüb keçsə də, öz aktuallığını qoruyub saxlayır. Əminəm ki, döyüş meydanlarında, intellektual  yarışlarda qazandığımız Zəfərlərə elm və təhsil sahəsindəki uğurlarımızla bu il də öz töhfələrimizi verəcəyik.

 

“Nizami Gəncəvi İli”miz uğurlu olsun!".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları