Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-28 15:00:00
Azərbaycan universitetlərində ən gənc dekan və kafedra müdirlərinin yaşları  

Təhsilin  mükəmməlliyini təmin edən əsas amillərdən biri müəllim faktorudur. İstər dünya, istərsə də yerli təcrübədə ideal müəllim modelinə ikili yanaşma mövcuddur. Bəzi mütəxəssislər hesab edir ki, gənc kadrlar şagird və tələbələrin şəxsiyyət kimi formalaşdırılmasında və gələcəyin savadlı fərdi kimi yetişdirilməsində xüsusi rola sahibdir. Bəziləri isə bu fikrin tamamilə əleyhinə çıxaraq yaşlı müəllimləri daha təcrübəli və faydalı adlandırırlar.

Azərbaycan ali məktəblərində  hər iki kateqoriyaya da aid müəllimlər çalışır.

AzEdu.az Azərbaycanın bir neçə universitetində ən gənc və ən yaşlı dekan, eyni zamanda kafedra müdürlərinin yaşlarını araşdırıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, UNEC-də ən gənc dekan Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri, dosent, “2016-cı ilin gənc alimi” mükafat müsabiqəsinin qalibi 35 yaşlı Fariz Əhmədovdur. Ən yaşlı dekan isə Texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynovdur. Onun 72 yaşı var.

İqtisad Universitetinin ən gənc kafedra müdiri Beynəlxalq iqtisadiyyat (ingilisdilli) kafedrasının müdiri 43 yaşlı Altay İsmayılovdur. Ən yaşlı kafedra müdiri isə 83 yaşlı  Əməyin iqtisadiyyatı və təşkili kafedrasının müdiri, professor Tofiq Quliyevdir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ən gənc dekan İqtisadiyyat və menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmovdur. Onun 40 yaşı var. Ən gənc kafedra müdiri  isə 45 yaşındadır.

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, ali təhsil ocağında cəmi 2-3 kafedra müdirinin  65-70 yaşı var.

Bakı Ali Neft Məktəbində ən gənc dekan 39 yaşlı dosent Zəfər Qurbanovdur. O mühəndislik fakültəsinin dekanıdır. Ən yaşlı dekan isə Ömürboyu təhsil fakültəsinin 63 yaşlı dekanı, professor Rəna Mustafayevadır.

 

Ən gənc kafedra müdiri kimya mühəndisliyi kafedrasının müdiri, dosent 47 yaşlı Sevda Fətullayeva, ən yaşlı kafedra müdiri isə 55 yaşlı proseslərin avtomatlaşdırılması kafedrasının müdiri, professor Manafəddin Namazovdur.

Azərbaycan Texniki Universitetində ən gənc dekan Maşınqayırma fakültəsinin dekanı, dosent Ərəstun Məmmədovdur. Onun 52 yaşı var.

Ən yaşlı fakültə dekanı 73 yaşlı nəqliyyat fakültəsinin dekanı, dosent Fazil Həsənovdur.

Ən gənc kafedra müdiri Metallurgiya və metalşünasılıq  kafedrasının müdiri, professor Sübhan Namazovdur. Onun 47 yaşı var.  

Ən yaşıl kafedra müdiri isə texniki elmlər doktoru, professor 77 yaşlı Rasim Əlizadədır.  Rasim Əlizadə maşın və mexanizmlər nəzəriyyəsi kafedrasının müdüridir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları