Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-05 09:46:00
ADNSU  “YAŞAT” Fonduna 50 min manat vəsait köçürdü  

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fonduna 50 min manat vəsait köçürüb.

 

İnstitutdan AzEdu.az-a verilən məlumata görə, cəmiyyətdə cərəyan edən ictimai-sosial proseslərə həssas yanaşması ilə seçilən ADNSU bundan öncə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 80 min manat, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna isə əməkdaşların könüllü olaraq fərdi qaydada etdikləri ianələr də daxil olmaq ümumilikdə 200 min manatdan artıq vəsait köçürüb.