Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-28 13:24:00
Fransada oxumaq istəyənlərin bilmədiyi qaydalar – Bunlara mütləq əməl edin  

Hətta  təhsilinin ən yüksək  inkişaf  dövrünü  yaşayan ölkələrdə də insanlar bəzən xaricdə  təhsil almaq istəyirlər.

Azərbaycanda da xarici ölkələrdə  təhsil  almaq  istəyənlər  çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi  Çin və digər  yerlərdə  təhsil almağı  hədəf  seçib.

Bu şansdan yararlanmaq  üçün AzEdu.az  xarici  ölkələrdə  təhsil almaq  və ya təhsilini davam etdirmək istəyənlərə məlumatları verməkdə davam edir. Bu dəfə Fransada təhsil almaq istəyənlər üçün şərtləri təqdim edirik:

Fransada ali təhsil almaq üçün xarici tələbələrin birinci növbədə fransız dilindən yaxşı səviyyələri olmalıdır.

TCF (Fransız dili Testi)- Fransız dili səviyyəsini müəyyən edən  bu test, Fransa Təhsil Nazirliyi tərəfindən verilən və  iki il müddətində qüvvədə olan sertifikatla təsdiqlənir. Akademik il ərzində TCF-dən üç imtahan sessiyası keçirilir.

Universitetin 1-ci və ya 2-ci kursuna yazılmaq istəyən xarici tələbələr xüsusi TCF-DAP (Universitetə öncədən qəbul) imtahanını verməlidir . Bu imtahan yalnız ildə bir dəfə keçirilir.

DELF (Fransız dili diplomu) və DALF ( Mükkəmməl Fransız dili diplomu) Fransa Təhsil Nazirliyinin müstəqil rəsmi diplomlarıdır. Səviyyənizdən asılı olaraq birbaşa seçdiyiniz imtahana yazıla bilərsiniz.
Daha ətraflı məlumat üçün : http://www.ciep.fr/delfdalf/index.php

TEF (Fransız dili üzrə qiymətləndirmə Testi): TEF Paris Ticarət və Sənaye Palatasının fransız dili üzrə ümumi testidir. Bu imtahan yalnız tələb olunarsa keçirilir.

TEF haqqında ətraflı məlumat  üçün: www.fda.ccip.fr/examens

TEFAQ (Qvebek üçün adaptə olunmuş Fransız dili üzrə qiymətləndirmə Testi):
Paris Ticarət və Sənaye Palatası tərəfindən hazırlanmış və yayılan TEFAQ testi, Qvebek immiqrasiya Nazirliyi tərəfindən qəbul olunur və rəsmi immiqrasiya etmək istəyənlər üçün nəzərdə tutulur. TEFAQ fransız dili üzrə şifahi anlama və ifadə bacarıqlarını qiymətləndirir.

Yalnız bu imtahanlardan birini yüksək nəticə ilə uğurla versəniz Fransız universitetlərinə qəbul edilə bilərsiniz.

Qeyd edək ki, Azərbaycanda Fransız İnstitutu hər il fransız dilindən imtahanlar keçirir.