Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-28 13:09:48
AXC-nin və Qafqaz İslam Ordusunun 100 illiyi universitetdə anıldı 

Azərbaycan Dövlət Pedoqoji Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunan sempozium keçirilib.

AzEdu.az-ın məlumatına görə, sempozium Azərbaycan və  Türkiyənin (Türkcess 2018 Onur Kurulu)  birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov iştirakçıları salamlayıb və tədbirin vacibliyi barədə danışıb.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyənin İstiqlal Marşı səsləndirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli çıxışı zamanı bildirib ki, türk dünyasının birliyi, dünya birliyinə tövfədir:

“Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə elmin, təhsilin yenidən qurulması və dirçəlməsində böyük rolu var.  Şərqdə ilk Avropa tipli ali məktəb olan Bakı Dövlət Universitetini AXC yaradıb. Doğrudur, türk dünyası bu zamana qədər elm və təhsildə naliyyətlər əldə ediblər. Ancaq AXC-nin çoxəsrlik siyasəti nəticəsində elm və təhsil ənənələri dövlət səviyyəsində inkişaf etdirilib. Cənab Prezidentimizin 2018-ci ili “AXC ili” elan etməsi dövlətimizin Xalq Cümhuriyyəti qurucularına etimadının bariz nümunəsidir”.

Konfransda Yunus Emre İnsitutunun direktoru, dosent Cihan Özdemir, Daşkənddəki Əlişer Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracədddinov da çıxış ediblər.

Rəsmi hissə bitdikdən sonra mükafatlandırılma mərasimi keçirilib.

Konfransda Türkcess 2018 Onur Kurulu tərəfindən millət vəkili Qənirə Paşayeva, professor Ramiz Əsgər, Adana Bələdiyyə Sədri Hüseyn Sözlü və Mehmet Sait Kılıç müxtəlif kateqoriyalar üzrə mükafatlandırılıblar.

Tədbir digər iştirakçıların çıxışları ilə davam edib. Yekun konfransın sabah Yunus Emre İnstitunun Bakı filialında keçirilməsi nəzərdə tutulub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları