Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-25 15:28:00
2020-ci təqvim ili rəqəmlərdə - məktəb tikintisi

2020-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Təhsil Nazirliyi tərəfindən isə 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, bu məktəblərdən 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.