Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-25 11:32:00
Eksternat imtahanları üçün 500-dən çox müraciət daxil olub-BŞTİ

“Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün Bakı şəhəri üzrə eksternat qaydasında aralıq imtahanları keçirilir”.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. Həmçinin qeyd olub ki, imtahan iştiraçıları prosesə yaşayış yerlərini tərk etmədən onlayn formada qatılıblar:

 

 “Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə və insanların yaşayış yerini tərk etmələrinə məhdudiyyətlərin tətbiq edilməsini nəzərə alaraq, imtahanların şifahi müsahibə şəklində həyata keçirilməsi məqsədə müvafiq hesab edilib. Bu baxımdan eksternat qaydasında aralıq imtahanları “Microsoft Teams“ platforması vasitəsilə onlayn formada (şifahi) keçirilir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları